Fransalı siyasətçi Makronu impiçment etməyə çağırdı
Fransa Patriotlar Partiyasının lideri Florian Filippot “Telegram” qurucusu Pavel Durovun həbsi ilə əlaqədar Emmanuel Makronun impiçmentinə çağırış edib.
TodayPress xəbər verir ki, o bu barədə “X” sosial şəbəkəsində yazıb.
“Doğrudanmı Makron “Telegram”ın təsisçisi Pavel Durovun çox şeyi bildiyi üçün həbsə atılmasını əmr edib? Dünən Makronun “X” hesabında buna verdiyi təəccübləndirici reaksiyası da onu ələ verdi” deyə Filippo yazıb.
O, siyasətçiləri Makronun impiçmentinə çağırıb. Onun sözlərinə görə, Fransa prezidenti qlobal gündəmə tabedir və bu məsələdə şəxsi maraqlarını da güdə bilər.
Günəş Mərd
tag: Makron, Fransa, Pavel Durov, Telegram, todaypress.az,