Fransalı futbolçu matç zamanı öldü
Dünya
12.10.2024 01:13
Beşinci
divizionda çıxış edən Fransanın "La Şatenyer" futbol klubunun
futbolçusu Aleksis Leskayl matç zamanı meydanda dünyasını dəyişib.
TodayPress xarici mediaya istinadən xəbər verir ki, oktyabrın 5-də baş vermiş
hadisə zamanı 34 yaşlı futbolçu matçda anevrizma yırtığı keçirib.
O, 72-ci dəqiqədə
huşunu itirib. Aleksisə tibbi yardım göstərilib, daha sonra futbolçu La
Roş-sur-Yon xəstəxanasına aparılıb. Oktyabrın 6-da o, Nantdakı xəstəxanada
əməliyyat olunsa da, həkimlər Leskaylı xilas edə bilməyiblər.
tag: Fransa, Futbol, İdman, Aleksis Leskayl, todaypress.az,