Fransalı deputat: "Bayden gedər ayaq vəziyyəti gərginləşdirir"

Dünya

01.12.2024 13:10

"ABŞ prezidenti Cozef Baydenin “bir ayağı çuxurdadır” və Avropa İttifaqı ABŞ melodiyasında rəqs etməyə davam edir".

TodayPress xəbər verir ki, bunu Fransa parlamentinin deputatı Jan-Pol Qarro bildirib.

“Bu gün dünya həddindən artıq gərginlik dövrünü yaşayır. Rusiya-Ukrayna münaqişəsinin gərginləşməsi bizə sülhə nail olmaq üçün bütün qüvvələri səfərbər etməli olan ümumi məqsədə çatmağın təcili ehtiyacını xatırladır. ABŞ-də  xalqı tərəfindən rədd edilən və səlahiyyət müddətinin bitməsinə az qalan prezident Cozef Baydenin Ukraynaya Rusiyaya uzaqmənzilli raketlər atmağa icazə verməsi Qərbi hərtərəfli qarşıdurmaya sövq edir. Bu hadisələr birbaşa bizi maraqlandırır, onlar dünyanı və planetin yaxın gələcəyini təhdid altına salır” deyə Jan-Pol Qarro öz fikrini bildirib.

Fransalı deputat Fransa xarici işlər nazirinin də Kiyevin bu cür tədbirlər görməsinə açıq şəkildə icazə verdiyini xatırladıb və onun hərbi yardım sahəsində heç bir “qırmızı xətti” olmadığını qeyd edib.

Töhfə Səməd

tag: ABŞ,Cozef Bayden,Fransa,Aİ,Rusiya,Ukrayna,Jan-Pol Qarro,todaypress.az,