Fransadan Ukrayna ilə bağlı çağırış
Dünya
03.08.2024 14:51
Fransa “Vətənpərvərlər” Partiyasının lideri Florian Filippo Ukraynaya dəstəyi dayandırmağa çağırıb.
TodayPress xəbər verir ki, o, bu barədə “X” sosial şəbəkəsində açıqlama verib.
Filipponun sözlərinə görə, Ukraynanın kredit reytinqinin aşağı salınması onun xaricdən maliyyələşməsinin artmasına səbəb olacaq.
Siyasətçi bildirib ki, indiki vəziyyətdə optimal həll yolu Rusiya ilə danışıqlara mümkün qədər tez başlamaqdır.
Günəş Mərd
tag: Fransa, Ukrayna, Filippo, Siyasət, Rusiya,todaypress.az,