Fransadan Ermənistana saqqız qutusunda 900-ə yaxın narkotik həb göndərildi
Dünya
31.07.2024 21:30
Ermənistan gömrükçüləri
Fransadan gələn poçt bağlamasında 900-ə yaxın narkotik həb aşkar ediblər.
TodayPress xəbər
verir ki, bu barədə Ermənistan Dövlət Gəlirləri Komitəsi məlumat yayıb.
Bildirilib ki, baxış zamanı
saqqız qutularında 886 ədəd həb aşkarlanıb.
Narkotik vasitələrin qanunsuz
dövriyyəsi ilə bağlı cinayət işi başlanılıb, Ermənistan vətəndaşları A.V. və
oğlu N.V. məhkəmənin qərarı ilə saxlanılıb.
Onların mənzilinə baxış zamanı
marixuana da tapılıb.
tag: Ermənistan, Fransa, Gömrük, Poçt, Narkotik həb, todaypress.az,