“Fransadakı təxribatlarda İranın barmağı var”
Dünya
26.07.2024 18:15
Fransada bir sıra marşrutlarda sürət qatarlarının hərəkətini ciddi şəkildə çətinləşdirən təxribat aktlarının arxasında İrana bağlı qüvvələr dayanır.
TodayPress, “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə İsrailin xarici işlər naziri İsrael Kats sosial şəbəkələrdə məlumat yayıb.
Nazir xatırladıb ki, o, fransalı həmkarı Stefan Sejurneyə iranlıların İsrail nümayəndə heyətinə və Olimpiadanın bütün digər iştirakçılarına qarşı terror hücumları planlaşdırdığı barədə xəbərdarlıq edib.
Qeyd edək ki, Fransa hökuməti bir sıra xətlərdə sürət qatarlarının hərəkətinə qarşı təxribat törədildiyini bildirib.
tag: Fransa, Stefan Sejurne, İran, Hökumət, İsrael Kats, todaypress.az,