Fransada yeni hökumətin tərkibi təsdiqləndi, ermənilər üstünlük təşkil edir
Fransada yeni
hökumətin tərkibi təsdiqlənərək elan olunub.
TodayPress xəbər
verir ki, bu barədə Fransa mətbuatı məlumat yayıb.
Fransa
prezident administrasiyasının rəhbəri Aleksi Koler nazirlərin siyahısını
açıqlayıb.
Bildirilib ki, "Demokratik
Hərəkat Partiyası"ndan olan Jan-Noel Barro yeni xarici işlər naziri təyin
edilib. O, Fransa Prezidenti Emmanuel Makronun təklifi ilə Aİ-nin çiçəklənməsi
və sənaye strategiyasına cavabdeh olan Avropa Komissiyasının vitse-prezidenti vəzifəsinə
təyin edilmiş "İntibah" partiyasından olan Stefan Sejurneni əvəz edəcək.
Fransa Silahlı Qüvvələr
naziri postunu yenə Sebastyan Lekornyu tutacaq.
Yeni hökumətdə erməni
nazirlər də yer alıb. Belə ki, Astrid Panosyan-Buve əmək və məşğulluq naziri təyin
olunub. Qiyom Kasparyan isə dövlət qulluğu işləri, dövlət fəaliyyətinin sadələşdirilməsi
və transformasiyası naziri vəzifəsini icra edəcək.
tag: Fransa,Yeni,Hökumət,Hakimiyyət,Nazir,Tərkib,Erməni,todaypress.az,