Fransada uçuşlar və qatar reysləri təxirə salındı
Dünya
26.07.2024 14:58
Fransa-İsveçrə hava limanı Fransanın dəmiryol şəbəkəsində yaranan hücumlardan bir neçə saat sonra təhlükəsizlik səbəbindən boşaldılıb.
TodayPress xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Bildirilib ki, "Basel-Mullhouse EuroAirport" hava limanının rəsmi saytından bildirilib ki, təhlükəsizliyə görə terminal evakuasiya edilməli idi və hazırda bağlıdır. Aviaşirkət əlavə məlumatların qısa zamanda veriləcəyini deyib.
Qeyd edək ki, hazırda dəmiryolu şəbəkəsində təxribat törətməyə cəhd edən şəxslər Fransa hakimiyyəti tərəfindən axtarılır.
Töhfə Səməd
tag: Fransa, Uçuşlar, Hava Limanı, Basel Mulhouse, Dəmiryol, todaypress.az,