Fransada seçkilərdə qalib gələn solçu qüvvələr Makrona səsləndi
Fransada keçirilən növbədənkənar parlament seçkilərində qalib gələn solçu “Yeni Xalq Cəbhəsi” (YXC) partiyası prezident Emmanuel Makrona müraciət edərək, onları "hökumət qurmağa" çağıracağını gözlədiklərini bildiriblər.
TodayPress xəbər verir ki, bu barədə YXC-nin verdiyi rəsmi açıqlamada qeyd edilib.
Bəyanatda solçuların parlamentdə mütləq çoxluğa malik olmamasına baxmayaraq, seçki nəticələrinin onların üzərinə böyük məsuliyyət qoyduğu vurğulanıb.
Bəyanatda Fransa prezidenti Emmanuel Makronun Baş nazir Qabriel Attalın istefasını qəbul etməməsi və vəzifəsini "hələlik" davam etdirməsi məsələsinə də etiraz bildirilib. “Yeni Xalq Cəbhəsi” tərəfindən verilən açıqlamada, Qabriel Attalın uzun müddət vəzifədə qalması seçki nəticələrini ləğv etmək cəhdi kimi qiymətləndiriləcəyi bildirilib.
Töhfə Səməd
tag: Fransa, Seçkilər, Makron, Bəyanat, Parlament, todaypress.az,