Fransada saxlanılan Kemi Seba sərbəst buraxıldı
Fransada həbs edilən Afrika xalqlarının hüquqları uğrunda mübarizə aparan şəxs kimi tanınan Kemi Seba azadlığa buraxılıb.
TodayPress məlumatına görə, maraqlıdır ki, Kemi Seba Parisdə polis əməkdaşları tərəfindən yox, məhz elə Fransa xüsusi xidmət orqanları tərəfindən saxlanılıb.
K.Seba xarici ölkələrlə əməkdaşlıqda ittiham edilib. Onu bu ittihamla 30 ilədək həbs gözləyirdi. Lakin məhkəmədə bununla bağlı hər hansı fakt sübuta yetirilməyib.
Qeyd edək ki, K.Seba oktyabrın 15-də Fransa xüsusi xidmət orqanları tərəfindən Parisdə həbs edilib. K.Seba Afrikanın müstəqilliyi və suverenliyi uğrunda hərəkatın simvolik liderlərindən biri kimi tanınır və neokolonializmlə fəal mübarizə aparır. O, həm də Fransa neokolonializminin əsas tənqidçilərindən biridir.
Fransa hakimiyyəti K.Sebanı mövqeyindən geri çəkilməyə məcbur etmək üçün dəfələrlə həbs edib.
tag: Fransa, Seba, Paris, Afrika, Polis, todaypress.az,