Fransada qatarın relsdən çıxması nəticəsində 5 nəfər xəsarət aldı
Dünya
24.07.2024 20:30
Fransanın cənubunda qatar dəmir
yolu xəttində relsdən çıxıb.
TodayPress xəbər verir ki, maşinist
də daxil olmaqla qatarda olan 9 nəfərdən 5-i yüngül xəsarət alıb.
Dəmiryolunun relsdən çıxmasına
səbəb palçıq sürüşməsi və dəmir yolu relslərindəki dağıntılar olub. Fövqəladə
halların aradan qaldırılması və sonrakı təmir işləri davam etdiyi üçün
Perpinyan-Prad xəttində qatarların hərəkəti müvəqqəti olaraq dayandırılıb.
Nəzrin Cavadzadə
tag: Fransa, Qatar, Perpinyan-Prad , Rels, todaypress.az,