Fransada Olimpiada zamanı terror aktı hazırlamaqda şübhəli bilinən şəxs saxlanıldı
Dünya
24.07.2024 00:00
Fransanın cənub-qərbindəki
Jironde departamentinin polisi Paris Olimpiadası zamanı terror aktı
hazırlamaqda şübhəli bilinən şəxsi saxlayıb.
TodayPress xəbər verir ki, bu
barədə RMC radiostansiyası Fransa Milli Antiterror Prokurorluğuna (PNAT)
istinadən məlumat verib.
“18 yaşlı gənc Jironde
departamentində saxlanılıb” məlumatda deyilir.
Saxlanılan şəxs terrorçu qruplaşmada iştirakda şübhəli bilinir. Qeyd olunur ki, o, sosial şəbəkələrdəki mesajlarında xüsusən də idman yarışları zamanı cinayət əməlləri törətmək niyyətində olduğunu bildirib.
tag: Fransa, Olimpiada, Terror , PNAT, todaypress.az,