Fransada növbədənkənar seçki kampaniyasına start verildi
Dünya
17.06.2024 15:47
Fransada növbədənkənar parlament seçkiləri çərçivəsində seçki kampaniyasına start verilib.
TodayPress xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Rəy sorğularına əsasən, seçkilərdə Marin Le Penin başçılıq etdiyi ifrat sağçı “Milli Birlik” partiyası öndədir.
Xatırladaq ki, Fransa Prezidenti Emmanuel Makron partiyasının Avropa Parlamenti seçkilərindəki məğlubiyyətindən sonra gözlənilmədən növbədənkənar parlament seçkləri elan edib.
tag: Fransa, Seçki, Kampaniya, Marin Le Pen, Emmanuel Makron, todaypress.az,