Fransada məhkəmə müsəlman məktəbinin bağlanması ilə bağlı qərarı rədd etdi
Dünya
03.07.2024 07:00
Fransada məhkəmə Nitsadakı özəl İbn Sina müsəlman orta məktəbinin
bağlanması qərarını ləğv edib.
TodayPress xəbər verir ki, məktəbin hüquqşünası Sefen Qez, X hesabında
etdiyi paylaşımda, qubernatorluğun tədris ilinin sonunda məktəbin bağlanması ilə
bağlı 15 Mart tarixli qərarının məhkəmə tərəfindən rədd edildiyini açıqlayıb.
Paylaşımda qeyd olunub ki, məhkəmənin qərarına əsasən Qubernatorluq məhkəmə
xərcləri üçün məktəbə 1500 avro ödəməlidir.
Xatırladaq ki, 2024-cü ilin fevralında Fransa Təhsil Nazirliyi “Məktəbin
maliyyə imkanları barədə dəqiq məlumat verilmədiyi” əsası ilə İbn Sina orta məktəbini
bağlamaq qərarına gəlmişdi.
tag: Fransa, İbn Sina, Məktəb, Nitsa, todaypress.az,