Fransada məhbusların sayı rekord həddə çatdı

Dünya

02.08.2024 07:00

1371

Fransa həbsxanalarındakı məhbusların sayı rekord vurub.

TodayPress “TASS”-a istinadən xəbər verir ki, ölkənin cəzaçəkmə müəssisələrində 61,8 min yer olmasına baxmayaraq, hazırda məhbusların sayı 78,5 min nəfərə çatıb.

Fransa Ədliyyə Nazirliyinin məlumatına görə, son 10 ayda həbsxanalardakı məhbusların sayı artmaqdadır. Penitensiar müəssisələrdə orta doluluq 126,9 faizə çatıb, 19 müəssisədə isə bu göstərici 200 faizi ötüb.

Bu səbəbdən bir il əvvəl 2 400 məhbus olduğu halda, bu il 3 500 məhbus döşəmədə yatmağa məcbur qalıb.

tag: Fransa, Məhbus, TASS, Rekord, todaypress.az,