Fransada Makrona qarşı etiraz aksiyası keçirildi
Fransanın hər yerində
minlərlə insan Mişel Barnierin baş nazir təyin edilməsinə etiraz edir.
TodayPress xəbər verir ki, bu
barədə “The Guardian“ məlumat yayıb.
Şənbə günü Fransada minlərlə insan Emmanuel Makronun sağçı Mişel Barnieri baş nazir təyin etməsinə etiraz etmək üçün Bordo, Nitsa və Le Man kimi şəhərlərdə küçələrə çıxıb.
Qeyd edək ki, Fransada
son seçkilərdə solçuların qalib olmasına baxmayaraq sağçı Mişel Barnierin yeni
baş nazir vəzifəsinə namizədliyi ilə bağlı etirazlar keçirilir.
Xatırladaq ki, Mişel
Barnye sentyabrın 5-də Prezident Emmanuel Makron tərəfindən baş nazir
vəzifəsinə təyin edilib və uzun sürən məsləhətləşmələr və danışıqlar
prosesindən sonra ona yeni hökuməti formalaşdırmaq tapşırılıb.
tag: Fransa, Makron, Etiraz, Aksiya, todaypress.az,