Fransada irqçilik halları 32 faiz artdı
Dünya
29.06.2024 12:47
Parisdə fəaliyyət göstərən İnsan hüquqları komitəsinin hesabatına görə, 2023-cü ildə Fransada irqçilik halları 32 faiz artıb.
TodayPress xəbər verir ki, Fransa Daxili İşlər Nazirliyi də faktı təsdiq edib. Qeyd olunub ki, ən çox artım antisemit irqçiliyi zəminində müşahidə olunub.
Hesabatda diqqətə çatdırılır ki, artıq fransızların yarıdan çoxu – 51 faizi Fransada özünü evindəki kimi hiss etmir. Bu göstəricidə də 2022-ci ilin yazına nisbətən səkkiz pilləlik artım var. Bildirilib ki, fransızların 56 faizi hesab edir ki, ölkədə miqrantların sayı həddindən artıqdır.
Ultrasağçı siyasi lider Jordan Bardella Fransaya miqrasiya axınının qarşısını alacağına, cinayət törətməkdə təqsirli bilinən əcnəbilərin deportasiyasını asanlaşdırmaq üçün qanun dəyişiklikləri həyata keçirəcəyinə və iqtisadi problemlərin həlli üçün tədbirlər görəcəyinə söz verib.
Fransada parlament seçkilərinin birinci turu iyunun 30-da və ikincisi isə iyulun 7-də keçiriləcək.
tag: Fransa, İrqçilik, Hesabat, Jordan Bardella, Cinayət,todaypress.az,