Fransada iki hərbi təyyarə qəzaya uğradı
Dünya
14.08.2024 16:48
Fransa Hərbi Hava Qüvvələrinə məxsus iki "Mirage" təyyarəsi ölkənin şimal-şərqində qəzaya uğrayıb.
TodayPress xəbər verir ki, bu barədə “L'Est Republicain” qəzeti məlumat yayıb.
İlkin məlumatlara əsasən təyyarələrinnin göyərtəsində ümumilikdə üç nəfər olub. Onlardan biri yaralı olaraq tapılıb.
Axtarış-xilasetmə əməliyyatları davam edir.
Töhfə Səməd
tag: Fransa, Hərbi Hava Qüvvələri, Tələfat, Xilasetmə, Mirage, todaypress.az,