Fransada həbsxanalara kütləvi hücum edildi

Dünya

15.04.2025 17:56

7

Fransada bir neçə həbsxanaya hücum edilib.

TodayPress xəbər verir ki, bu barədə Fransanın “BFMTV” telekanalı məlumat yayıb.

Məlumata görə, ölkənin bir sıra həbsxanaları naməlum şəxslərin hücumuna məruz qalıb. Hücum edənlər avtomobilləri yandırıb və atəş açıblar.

Hadisənin motivləri və miqyası barədə hələlik ətraflı məlumat verilməyib. Hücumların hansı şəhərlərdə baş verdiyi də açıqlanmır.

Fransa mediası insidentlə bağlı əlavə təfərrüatların yaxın saatlarda dərc olunacağını bildirir.

Qiymət Mahir

tag: Fransa,Həbsxana,Hücum,todaypress.az,