Fransada dövlət xəstəxanaları tətilə başladı
Dünya
04.11.2024 14:39
Fransada 4 həmkarlar ittifaqı təşkilatının (CGT, FO, Unsa, Sud Santé) çağırışı ilə xəstəxana işçiləri dekabrın 21-dək davam edəcək tətilə başlayıblar.
TodayPress xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.
Həmkarlar ittifaqları səhiyyə işçilərinin tətilinin uzun müddət davam edəcəyi ilə bağlı xəbərdarlıq ediblər.
Səhiyyə üzrə həmkarlar ittifaqları dövlət işçilərinin məzuniyyətinin ödənilmə müddətində edilən dəyişikliklə razılaşmayıblar.
Həmkarlar ittifaqları dövlət xəstəxanaları üçün daha çox vəsait tələb edirər, tibbi işçilərin ixtisara salınmasına etirazlarını bildirirlər.
Qeyd edək ki, Milli Assambleyada sosial təminatın maliyyələşdirilməsinə dair qanun layihəsinin müzakirələri bu gün başlayıb.
tag: Fransa, Səhiyyə, Xəstəxana, Məzuniyyət, Həmkarlar, todaypress.az,