Fransada "Çido" qasırğası nəticəsində minlərlə insan həyatını itirdi

Dünya

16.12.2024 10:45

"Hind okeanında Mayotteni vuran "Çido" qasırğası nəticəsində ölənlərin sayı bir neçə minə çata bilər".

TodayPress xəbər verir ki, bu barədə Fransanın Xarici Ərazi Prefekti Fransua Ksavye Bievivil bildirib.

Onun sözlərinə görə, təbii fəlakətin qurbanı olan 14 nəfərlə bağlı məlumat ağlasığmazdır. Vəziyyət çoxsaylı dağıntılar və bir sıra səbəblərə görə daha da çətinləşir.

Adada ictimai infrastruktur - xəstəxana, hava limanı və məktəblər faktiki olaraq məhv olub. Qeyri-daimi yaşayış binaları isə tamamilə yerlə yeksan olub.

Töhfə Səməd

tag: Fransa, Çido ,Qasırğa, Ölüm ,todaypress.az,