Fransada baş nazirlik uğrunda mübarizə davam edir

Dünya

02.09.2024 11:19

Fransa prezidenti Emmanuel Makron ölkənin yeni baş nazirini təyin edə bilmədiyi üçün təzyiqlərə məruz qalıb. 

TodayPress xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.

Bildirilib ki, çoxları Fransa liderinin 31 avqust və ya sentyabrın 1-də yeni hökumət başçısı təyin edəcəyini gözləsə də, Makron bunu etməyib.

Bu vəzifəyə namizədlərdən birinin Fransanın keçmiş daxili işlər naziri Bernar Kaznöv olduğu qeyd edilib. Lakin siyasətçinin komandası onun özünü namizəd hesab etmədiyini açıqlayıb. Kaznövün komandasının sözlərinə görə, o, ondan xahiş edilərsə, vəzifə borcunu yerinə yetirmək naminə Fransanın baş naziri olmağa hazırdır.

Xatırladaq ki, iyulun 16-da Makron Fransanın baş naziri Qabriel Attalın istefasını qəbul edib.

Töhfə Səməd

tag: Fransa, Baş Nazir, Makron ,Qabriel Attal, todaypress.az,