Fransada 3 min turist təxliyə edildi: Meşə yanğınları tüğyan edir
Dünya
19.08.2024 11:54
Fransanın cənubunda meşə yanğını səbəbindən 3 mindən çox turist düşərgəsindən təxliyə edilib.
TodayPress xəbər verir ki, bu barədə “France Bleu” radiostansiyası məlumat yayıb.
Bildirilir ki, yanğın 2 hektara yaxın ərazini əhatə edib. Üç mindən çox insanın yaşadığı 600 obyekt təhlükə altında olub.
Yanğınsöndürənlər alovun genişlənməsinin qarşısını ala biliblər.
İkisi yanğınsöndürən olmaqla, ümumilikdə 6 nəfər xəsarət alıb.
Töhfə Səməd
tag: Fransa, Turist, Təxliyə, Yanğın,Yanğınsöndürənlər, todaypress.az,