Fransada 218 namizəd parlament seçkilərində iştirak etməkdən imtina etdi
Dünya
02.07.2024 22:30
Fransada
növbədənkənar parlament seçkilərinin ikinci turu öncəsi 218 nəfər namizədliyini
geri götürüb.
TodayPress xəbər
verir ki, onlar bunu daha güclü rəqiblərinə Marine Le Penin sağçı “Milli
Birlik” partiyasına qalib gəlməyə yardımçı olmaq üçün ediblər.
Namizədlər
bu gün yerli vaxtla saat 18:00-a qədər yarışdan imtina etdiklərini təsdiq
etməli idilər.
Fransada növbədənkənar parlament seçkilərinin ilk turu iyunun 30-da keçirildi. İfrat sağçı “Milli Birlik” partiyası və onun müttəfiqləri 33% səs toplayaraq birinci oldu. İkinci, həlledici tur iyulun 7-də keçiriləcək. (Le Monde)
tag: Fransa, Parlament, Milli Birlik, Marine Le Pen,todaypress.az,