Fransada 185 nəfər namizədliyini geri götürdü
Dünya
02.07.2024 12:46
Fransada "Respublika uğrunda Birlikdə" prezident koalisiyasından və solçu "Yeni Xalq Cəbhəsi"dən deputatlığa namizədlər sağçı “Milli Birlik” partiyasının çox səs toplamasının qarşısını almaq üçün namizədliklərini geri götürüblər.
TodayPress xəbər verir ki, bu barədə "Le Monde" qəzeti məlumat yayıb.
“Hesablamalarımıza görə, 185 namizəd seçkilərdə iştirakdan imtina edib" deyə qəzet qeyd edib.
Solçu "Yeni Xalq Cəbhəsi"dən 121, "Respublika uğrunda Birlikdə" prezident koalisiyasından 60 və digər partiyaların bir neçə namizədi ikinci turda iştirakdan imtina edib.
Seçkilərin ikinci turu iyulun 7-də keçiriləcək.
tag: Fransa,Namizəd, Yeni Xalq Cəbhəsi, Milli Birlik,Seçkilər, todaypress.az,