Fransada 13 nəfəri ildırım vurdu
Fransanın Büş-dü-Ron departamentində yerləşən zooparkda 13 nəfəri ildırım vurub.
TodayPress xəbər verir ki, bu barədə "Le Parisien" qəzeti məlumat yayıb.
Məlumata görə, xəsarət alanlar arasında uşaqlar da var.
Almaniyadan olan bir qadının vəziyyəti isə kritik olaraq qiymətləndirilir.
Zooparkın infrastrukturu və heyvanlar zərər görməyib.
tag: Fransa, İldırım, Ölüm, Şimşək, todaypress.az,