Fransa Xarici İşlər Nazirliyi Rusiyanın Parisdəki səfirliyini hədələdi

Dünya

05.06.2024 21:01

Fransa Xarici İşlər Nazirliyi rus diplomatlarını təlimatçılarla bağlı sözlərə görə hədələyib.

TodayPress France-Presse istinadla xəbər verir ki, Fransa Xarici İşlər Nazirliyi Rusiya diplomatlarının Ukraynaya göndərilən fransalı hərbi təlimatçıların Rusiya Silahlı Qüvvələri üçün qanuni hədəf olacağına dair sözlərinə görə, Rusiyanın Parisdəki səfirliyini nəticələrlə hədələyib.

 

Agentlik Fransa Xarici İşlər Nazirliyinin sözçünün müavini Kristof Lemuanın şərhindən sitat gətirərək: "Bunlar nəticəsiz qalmayacaq hədsiz bəyanatlardır" deyə bildirib

 

O, həmçinin əlavə edib ki, Rusiya səfirinin Xarici İşlər Nazirliyinə çağırılması da müzakirə olunur.

 

Xatırladaq ki, bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov da Ukraynada təlimatçı və ya muzdlu kimi olan fransız hərbçilərinin Rusiya ordusunun qanuni hədəfləri olduğunu bildirib .

 

GÜNEL

tag: Rusiya, Fransa, Sergey Lavrov, Ukrayna, todaypress.az,