Fransa vətəndaşlarını İranı dərhal tərk etməyə çağırdı

Dünya

02.08.2024 17:20

Fransa İrandakı vətəndaşlarından dərhal ölkəni tərk etmələrini istəyib. 

TodayPress xəbər verir ki, bu barədə “Əl-Ərəbiyyə” məlumat yayıb.  

Məlumata görə, Fransanın Tehrandakı səfirliyi xəbərdarlıq edərək, bölgədə hərbi eskalasiya riski olduğunu açıqlayıb. 

Bildirilib ki, Fransa vətəndaşlarına İrana səfər etməmələri ciddi şəkildə tövsiyə olunur.

Günəş Mərd

tag: Fransa, İran, Səfər, Tehran, Eskalasiya, todaypress.az,