Fransa vətəndaş müharibəsinə sürüklənir: Makron

Dünya

25.06.2024 12:57

“Fransa vətəndaş müharibəsi təhlükəsi altındadır”. 

TodayPress xəbər verir ki, bunu ölkə prezidenti Emmanuel Makron  BFM TV-nin efirində deyib.

Onun sözlərinə görə, Marin Le Penin ifrat sağçı “Milli Birlik” partiyası, insanları dinə və ya mənşəyinə görə ayırır və onları vətəndaş müharibəsinə sövq edir. 

O, fransızları mövcud problemlərin həlli üçün iki-üç il gözləməyə və respublikanı uçurumdan xilas etmək üçün daha möhkəm, daha güclü olmağa çağırıb.

Günəş Mərd

tag: Fransa, Makron, Fransızlar, Problemlər, todaypress.az,