Fransa və Almaniyanın XİN başçıları Suriyaya səfər etdi

Dünya

03.01.2025 14:16

Almaniya və Fransanın xarici işlər nazirləri Annalena Berbok və Jan-Noel Barro Suriyaya elan olunmamış səfər ediblər. 

TodayPress xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyinin rəsmi saytında məlumat verilib. 

Qeyd olunub ki, nazirlər Dəməşqdə yeni hökumət lideri Əhməd əl-Şara ilə danışıqlar aparacaqlar. 

Məlumat üçün əlavə edək ki,  Annalena Berbok və Jan-Noel Barro Bəşər Əsədin istefasından sonra Suriyaya səfər edən ilk Avropa nazirləridir.

Günəş Mərd

tag: Suriya ,Fransa, Almaniya, Səfər,todaypress.az,