Fransa Ukraynaya yardımı dayandıracaq

Dünya

12.08.2024 18:15

“Fransa Ukrayna Energetika Nazirliyində baş verən korrupsiya qalmaqalından sonra yardımı dayandırmalıdır”.

TodayPress xəbər verir ki, bunu Fransa Vətənpərvərlər Partiyasının lideri Florian Filippo deyib.

Fransız siyasətçi Kiyevin maliyyələşdirməsini “dəlilik” adlandıraraq, Avropa İttifaqının pullarının bu cür yerlərə “boş-boşuna” xərcləndiyini deyib.

“Daha bir korrupsioner məmur! Fikir verin, keçən həftə Avropa İttifaqı Ukraynaya 4,2 milyard avroluq yeni maliyyə yardımı ayırıb. Onun 800 milyonunu Fransa ödəyib” deyə o, qəzəblənərək bildirib.

Qeyd edək ki, Ukraynanın energetika nazirinin müavini 500 min dollar rüşvət alarkən saxlanılıb.

Töhfə Səməd

tag: Ukrayna, Energetika,Florian Filippo , Avropa, Fransa, todaypress.az,