Fransa Ukraynaya sülhməramlıların göndərilməsini qeyri-mümkün hesab edir

Dünya

30.01.2025 14:40

"Qərb ölkələrindən olan 200 min hərbçini Ukraynada sülhməramlı kimi yerləşdirmək mümkün deyil". 

TodayPress xəbər verir ki, bunu fransız generalı Nikolas Rişu deyib.

“Heç bir Avropa ordusunun bu qədər çox əsgəri uzun müddət işlətmək imkanı yoxdur” deyə o bildirib.

General əlavə edib ki, sülhməramlı missiya üçün 200 min əsgər tapmaq mümkünsüzdür. Nəşr həmçinin Strateji və Müdafiə Araşdırmaları İnstitutunun eksperti Yoan Mişelin Fransanın sülhməramlı kontingent üçün 10 mindən artıq hərbçi verə bilməyəcəyini söyləyən sözlərini sitat gətirib.

Töhfə Səməd

tag: Fransa,Sülhməramlı,Ukrayna,Avropa,todaypress.az,