Fransa Ukraynaya silah tədarükünü davam etdirəcək
Dünya
26.09.2024 08:56
Fransa Kiyevə silah
tədarükünü davam etdirəcək.
TodayPress xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron BMT
Baş Assambleyasında çıxışı zamanı bildirib.
“Fransa Ukraynanı silahla təmin etməyə davam edəcək. Paris
Ukraynanın müqavimətini dəstəkləyəcək və Kiyevə uzunmüddətli təhlükəsizliyi
təmin etməyə kömək edəcək” dövlət başçısı vurğulayıb.
tag: Fransa,Makron, Fransa, Silah, todaypress.az,