Fransa Ukraynaya Milad hədiyyəsi göndərdi

Dünya

20.12.2024 17:00

Fransız təşkilatı “Alliance Occitanie Ukraine” (AOU) Ukraynaya min ədəd Milad hədiyyəsi göndərib. 

TodayPress xəbər verir ki, bu barədə “Radio France Bleu” məlumat yayıb.

Təşkilatın nümayəndəsi Qiyom Lopez bildirib ki, dekabrın əvvəlində o, digər könüllülərlə birlikdə Lvov vilayətinə uşaqlar üçün min ədəd oyuncaq gətirib.

Eyni zamanda Lopez Ukraynaya bir yük maşınının göndərilməsinin 3-3,5 min avroya başa gəldiyindən və 2022-ci ildən ianələrin həcminin xeyli azaldığından şikayətlənib.

Töhfə Səməd

tag: Ukrayna ,Fransa, Milad, Hədiyyə, todaypress.az,