Fransa Ukraynanı ittiham etdi
Dünya
24.07.2024 09:13
Ukrayna Rusiyanın Afrikadakı planlarını pozmağa çalışır.
TodayPress xəbər verir ki, bu barədə Fransanın "Le Point" nəşri yazır.
Bildirilib ki, Ukrayna bu məqsədlə region ölkələri ilə diplomatik əlaqələri inkişaf etdirir.
Ukraynanın Seneqaldakı səfiri Yuri Pivovarovun sözlərinə görə, Kiyev müttəfiq sayılan bəzi ölkələrin cəsarətsizliyindən məyus olub. Buna görə də hazırda Afrika istiqamətində aktiv fəaliyyət göstərməklə, itirilmiş vaxtın əvəzini çıxmağa çalışır.
Materialda 2022-ci ilin martında BMT Baş Assambleyasında Rusiyanın Ukraynadakı hərbi əməliyyatlarını pisləyən qətnaməyə səsvermə zamanı 54 Afrika ölkəsindən 17-sinin bitərəf qalması xatırladılıb.
Günəş Mərd
tag: Ukrayna, Rusiya, Fransa, BMT, Le Point, todaypress.az,