Fransa Ukraynada istehsal etdiyi avadanlığı Ermənistana verdi
Dünya
17.09.2024 14:57
Fransa şirkətlərinin Ukraynada pilotsuz uçuş aparatları (PUA) və texnika üçün istehsal etdiyi avadanlıqların 30 faizi Ermənistana veriləcək.
TodayPress xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.
Bildirilib ki, artıq ilk yüklərin göndərilməsi həyata keçirilib.
Məlumata görə, bu ilin yayından Fransanın üç müdafiə sənayesi şirkəti PUA-ların komponentləri və müxtəlif texnikaları, o cümlədən zirehli texnikaların ehtiyat hissələrinin istehsalı sahəsində əməkdaşlığa başlayıb.
Birbaşa Fransa Müdafiə Nazirliyinin nəzarətində həyata keçirilən layihənin məqsədi Ukraynaya Rusiya ilə münaqişədə dəstək olmaq kimi açıqlansa da, daha sonra Ermənistan üçün də silah təminatına başlanılıb.
Layihədə iştirak edən şirkətlərə tank istehsalçısı “KNDS” - fransız “Nexter” və alman “Krauss-Maffei-Wegmann” tərəfindən yaradılmış holdinq strukturu daxildir.
Qeyd edək ki, Fransa artıq Ermənistana “CAESAR” özüyeriyən artilleriya qurğuları və onlar üçün mərmilər, “Bastion” zirehli maşınları və digər hərbi təyinatlı məhsullar tədarük edir.
tag: Fransa, Ermənistan, CAESAR ,Bastion ,Zirehli Maşınlar ,Ukrayna ,Rusiya, todaypress.az,