Fransa Ukrayna üzrə sülh danışıqlarında iştirak etməkdə israrlıdır
Dünya
16.01.2025 12:57
“Paris Ukrayna üzrə istənilən sülh danışıqlarında iştirak etməlidir, çünki bu danışıqlar ümumavropa təhlükəsizliyinə aiddir”.
TodayPress “RİA”ya istinadən xəbər verir ki, bu barədə Fransanın xarici işlər naziri Jan Noel Barro bildirib.
“Bu gün Ukraynada baş verənlər bu ölkənin ərazi bütövlüyünə aiddir, lakin Avropanın birbaşa təhlükəsizlik maraqlarına da toxunulur” XİN rəhbəri vurğulayıb.
Qeyd edək ki, bundan əvvəl Britaniyanın “The Telegraph” qəzeti Fransa prezidenti Emmanuel Makronun Ukraynaya sülhməramlı qüvvə kimi fransız qoşunlarının göndərilməsini müzakirə etdiyini yazıb.
Günəş Mərd
tag: Ukranya, Fransa, Sülh ,Danışıq, todaypress.az,