Fransa Ukrayna əsgərlərinə təlim keçməyə davam edəcək

Dünya

20.10.2024 13:50

2649

Fransa öz ərazisində Ukrayna hərbçilərinə təlim keçməyə davam edəcək. 

TodayPress xəbər verir ki, bu barədə respublikanın silahlı qüvvələri naziri Sebastyen Lekornu “La Tribune Dimanche” qəzetinə müsahibəsində bildirib. 

“Belə bir niyyətim var, onun üzərində işləyirəm, biz “Anna” Kiyev briqadasını tamamlayacaq əsgərlər hazırlamağı bacarmalıyıq” o jurnalistin “Fransanın öz ərazisində Ukrayna hərbçilərinə təlim keçməyə davam edib-etməyəcəyi” ilə bağlı sualına belə cavab verib. 

Nazirin sözlərinə görə, Fransa hərbçiləri hazırda ölkənin şərqindəki Qrand Est bölgəsində Ukrayna Silahlı Qüvvələrinin təxminən 2,3 min üzvünə təlim keçir. Bununla yanaşı Ukraynada onlarla yeni briqada yaradılmalıdır.

tag: Ukrayna,Fransa,Əsgər,Təlim,Todaypress.az,