Fransa təhlükəsizliyi gücləndirir

Dünya

03.08.2024 11:58

Fransa İranda HƏMAS lideri İsmayıl Haniyənin öldürülməsindən sonra qisas hücumları təhlükəsinin olduğunu bildirərək, ölkə daxilində yəhudilərin yaşadığı yerlərdə əlavə təhlükəsizlik tədbirləri görməyə göstəriş verib.

TodayPress xəbər verir ki, bu barədə Fransanın daxili işlər naziri Gerald Darmanin bildirib. 

"Hücumların törədilməsi riski realdır. Bir çox İsrail vətəndaşı Olimpiya Oyunları səbəbindən ölkəmizdədir. Bütün təhlükəsizlik tədbirlərini dərhal artırmalıyıq” deyə vurğulayıb. 

Qeyd edək ki, Fransanın yəhudi əhalinin sayına görə İsrail və ABŞ-dən sonra üçüncü yerdədir.

Xatırladaq ki, Fransa XİN İrana səfər edən vətəndaşlarını dərhal ölkəni tərk etməyə çağırıb.

Günəş Mərd

tag: Fransa, İran, HƏMAS, Hücum, İsmayıl Haniyə, todaypress.az,