Fransa siyasətçiləri Makronu Ermənistana qoşun göndərməyə çağırdı
Dünya
18.06.2024 21:33
Fransanın bir sıra siyasətçiləri və ictimai xadimləri prezident Emmanuel Makronu Ermənistana sülhməramlı kontingent göndərməyə çağıran açıq məktub imzalayıblar.
TodayPress xəbər verir ki, bu barədə Fransanın “Le Point” nəşri məlumat yayıb. Bəyanatda deyilir ki, hərbi kontingentin göndərilməsi çətin dövrdə dost Ermənistanın təhlükəsizliyini artıracaq.
Məktubu Parisin meri Ann İdalqo, Fransanın keçmiş xarici işlər naziri Bernard Kuşner Respublikaçılar Partiyasının sədri Erik Çiotti, Avropa Parlamentinin üzvü Fransua-Ksavye Bellami, İl-de-Fransın regional qanunvericilik assambleyalarının sədrləri (Valeri Pekresse), Hauts-de-France (Xavier Bertrand) ), Auvergne-Rhône-Alpes (Laurent Vasquez), Nitsa şəhərinin meri Kristian Estrosi, Fransadakı yunan (o cümlədən kipr) və kürd təşkilatlarının nümayəndələri, həmçinin məşhur jurnalistlər, yazıçılar və tarixçilər imzalayıb.
Məktub müəllifləri Ermənistanın “təhlükəsizliyinin” təmin edilməsinin və onun suverenliyinin qorunub saxlanılmasının vacibliyini vurğulayıblar. Onlar Ermənistanı müdafiə proqramlarında, o cümlədən silahların tədarükü və erməni hərbçilərinin təlim proqramlarında dəstəkləmək təşəbbüsünə görə prezidentə minnətdarlıqlarını bildiriblər.
GÜNEL
tag: Ermənistan, Fransa prezidenti, Emmanuel Makron,Müdafiə proqramı, todaypress.az,