Fransa Rusiyanı “əsas təhlükə” adlandırdı
“Rusiya bütün digər ölkələr arasında Fransa üçün əsas təhlükədir”.
TodayPress xəbər verir ki, bu sözləri ölkənin müdafiə naziri Sebastyan Lekornu “Le Point” nəşrinə müsahibəsində deyib.
O, Paris üçün ən böyük təhlükənin hansı xarici siyasətçi və ya dövlətlər olduğu sualına belə cavab verib.
Qeyd edək ki, Lekornu bundan əvvəl Rusiyanı Fransa və NATO müttəfiqləri üçün təhlükə adlandırmışdı.
Günəş Mərd
tag: Fransa ,Rusiya ,NATO ,Sebastyan Lekornu ,Paris ,todaypress.az,