Fransa Rusiya ilə bağlı NATO-ya xəbərdarlıq etdi

Dünya

04.06.2024 22:57

NATO ölkələrinin Rusiya ərazisinə təzyiqləri, eləcə də alyans qoşunlarının Ukraynaya yerləşdirilməsi münaqişəni nəzarətdən çıxaracaq”.

 TodayPress xəbər verir ki, bu sözləri “Le Figaro” qəzetinə müsahibəsində fransız siyasətçi Pyer Lelloş deyib. “Biz müharibəni idarəolunmaz vəziyyətə gətirmək riskini daşıyırıq” deyə vurğulayan siyasətçi, Parisin Kiyevə yardımını artırması, əvvəlcə silah, sonra təlimatçı göndərməsi Fransanın hərbi əməliyyatlarda iştirak etmə ehtimalını artırdığını bildirib.

Xatırladaq ki, bundan əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiya ilə NATO arasında münasibətlərin birbaşa qarşıdurma səviyyəsinə endiyini bildirmişdi.. Kremlin sözçüsü Şimali Atlantika Alyansını Avropa qitəsində sabitliyi pozan amil adlandıraraq, bunun regional sabitliyə töhfə vermədiyini qeyd etmişdi.

Günel

tag: NATO,Pyer Lelloş,Paris,Kiyev,todaypress.az,