Fransa polisi tanınmış fəal Kemi Sebanı həbs etdi
Fransa polisi Afrika xalqlarının hüquqları uğrunda mübarizə aparan tanınmış fəal Kemi Sebanı Parisdə həbs edib.
TodayPress xəbər verir ki, bu barədə “TRT” telekanalı məlumat yayıb.
Bildirilib ki, K.Seba oktyabrın 14-də restoranda həmkarlarından biri ilə nahar edərkən saxlanılıb.
Fransa tərəfi hələ ki, bu məsələ ilə bağlı münasibət bildirməyib.
Qeyd edək ki, K.Seba Afrikanın müstəqilliyi və suverenliyi uğrunda hərəkatın simvolik liderlərindən biri kimi tanınır və neokolonializmlə fəal mübarizə aparır. O, həm də Fransa neokolonializminin əsas tənqidçilərindən biridir.
Fransa hakimiyyəti K.Sebanı mövqeyindən geri çəkilməyə məcbur etmək üçün dəfələrlə həbs edib.
Fransa vətəndaşlığını itirməsinə cavab olaraq Niger prezidenti K.Sebanı xüsusi müşavir təyin edib, bir sıra Afrika ölkələri isə ona diplomatik pasport verib.
Xatırladaq ki, o, oktyabrın 3-də Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə “Afrikada Fransanın Neokolonializm siyasətinə” həsr edilmiş beynəlxalq konfransda iştirak etmişdi.
tag: Fransa,Afrika, Paris ,Afrikada Fransanın Neokolonializm siyasəti ,todaypress.az,