Fransa parlamenti Baş naziri istefaya göndərdi

Dünya

05.12.2024 00:37

Fransanın baş naziri Mişel Barnierin dekabrın 5-i səhər saatlarında hökumətin istefasını təqdim edəcəyi açıqlanıb

 

TodayPress xəbər verir ki, bu barədə “BFMTV” kanalı məlumat yayıb .

 

Bildirilib ki, presedur Moskva vaxtı ilə 12:00-da Yelisey sarayında baş tutacaq.

 

Dekabrın 4-də Fransa parlamentinin aşağı palatası Mişel Barnye hökumətinə etimadsızlıq barədə qətnamənin lehinə səs verib.

 

Hökumət 1962-ci ildən bəri ilk dəfə istefaya getməli olacaq. Nazirlər Kabinetinə etimadsızlıq səsverməsini 331 deputat dəstəkləyib.

 

Aynur TAC

 

tag: Fransa, ABŞ, İstefa, Baş Nazir,Nazirlər Kabinenti, todaypress.az,