Fransa Nigerdəki ən böyük uran mədənini itirdi

Dünya

15.06.2024 21:50

Fransanın Orano şirkəti Nigerdə ​​uran hasilatı hüququndan məhrum edilə bilər.

TodayPress xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb. Məlumata görə, dünyanın ən böyük uran yataqlarından biri olan  “Lmuraren”in işlənməsi üçün Nigeriya hakimiyyətinin fransız şirkətinə verdiyi icazə iyunun 19-da başa çatır.

Mədəndə uran hasilatı üçün icazənin uzadılmasından imtinaya səbəb kimi Nigerin Orano tərəfindən təklif olunan inkişaf planı ilə razılaşmaması göstərilir.

GÜNEL

tag: Niger, Fransa, Uran mədəni, Bloomberg, todaypress.az,