Fransa NATO-dan çıxır?
Dünya
18.07.2024 09:51
"Almaniyanın Rusiya ilə müharibə olacağı təqdirdə alyansa 800 min hərbçi köçürmək planına görə, Fransa NATO-dan mümkün qədər tez çıxmalıdır".
TodayPress "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Fransanın Vətənpərvərlər Partiyasının lideri Florian Filippo sosial şəbəkələrdə yazıb.
Siyasətçi qeyd edib ki, Almaniya gizli şəkildə Şərqi Avropanı Rusiyadan qorumaq üçün 800 min NATO əsgərinin öz ərazisindən keçməsinə icazə vermək üçün böyük logistik səylər göstərir.
"Fransa parlamentində sirk təşkil etməkdənsə, bu məsələni təcili müzakirə etməliyik! Gəlin bu cəhənnəmdən - NATO-dan çıxmaqla ən pis ssenaridən qaçaq” deyə Filippo bildirib.
Günəş Mərd
tag: Almaniya, Rusiya, NATO, Avropa, Fransa, Siyasət,todaypress.az,