Fransa “Mirage” qırıcılarının Ukraynaya təhvilini təsdiqlədi
Dünya
28.01.2025 17:56
Paris 2025-ci ilin yazına qədər Ukraynaya "Mirage" qırıcılarını göndərəcək.
TodayPress xəbər verir ki, bu barədə Fransanın xarici işlər naziri Jan-Noel Barrot məlumat verib.
Nazirin sözlərinə görə, Fransa qırıcıları 2025-ci ilin birinci rübündə Ukraynaya təhvil veriləcək.
"Fransız “Mirage”ları tezliklə Ukrayna səmasında uçacaq" deyə o əlavə edib.
Nicat Osman
tag: Fransa,Qırıcı,Ukrayna,Mirage,Todaypress.az,