Fransa meymunçiçəyinin yayıldığı ölkələrə peyvənd göndərəcək
Dünya
21.08.2024 14:02
Fransada meymunçiçəyi virusuna qarşı 232 peyvənd mərkəzi açılıb və xəstəlikdən əziyyət çəkən ölkələrə 100 min doza peyvənd göndəriləcək.
TodayPress xəbər verir ki, bunu Fransanın Baş naziri Qabriel Attal “X” hesabındakı paylaşımında açıqlayıb.
O, Fransa səhiyyə sisteminin virusa qarşı mübarizədə hazır vəziyyətdə olduğunu bildirib.
Qeyd edək ki, Fransada meymunçiçəyi virusu hələ ki, aşkar edilməyib.
Xatırladaq ki, Avropa İttifaqı avqustun 15-də virusdan zərər görən Afrika ölkələrinə təxminən 200 min doza peyvənd bağışladığını açıqlamışdı.
Töhfə Səməd
tag: Fransa, Avropa İttifaqı, Afrika, Meymunçiçəyi, Virus, todaypress.az,