Fransa mətbuatı: “Kral Makron dönəminin sonu”

Dünya

01.07.2024 12:19

Fransa mətbuatı Avropa Parlamenti seçkilərində radikal sağçıların böyük fərqlə birinci yeri tutmasından sonra iyunun 9-da Fransa Milli Assambleyasını buraxan prezident Emmanuel Makronun erkən seçki qərarı ilə öz sonunu gətirdiyini bildirib. 

TodayPress xəbər verir ki, bu barədə Anadolu Agentliyi məlumat yayıb. 

Fransanın “Callenges” jurnalı “2024-cü il ümumi seçkiləri: Kral Makronun səltənətinin sonu” başlıqlı yazısında keçmiş baş nazir Eduard Filip, hazırkı İqtisadiyyat naziri Bruno Le Maire və daxili işlər naziri Gerald Darmaninin Makronun tənəzzülünü daha da sürətləndirdiyi və ümumi seçkilərin “Makronizm”in sonunu gətirdiyi bildirilib. 

“Le Monde” qəzeti isə ilk nəticələrə əsasən “Məğlub olmuş Makron cəbhəsi 3-cü yerə çıxdı” başlığı ilə yazı yayımlayıb. Qəzet həmçinin seçkinin ilk turunda 4-cü yeri tutan sağ mərkəzçi Respublikaçılar (LR) partiyasının ölkə daxilində hakimiyyətini itirdiyini açıqlayıb.

“Le Figaro” qəzetinin “Ümumi seçkilər: Makronun uduzduğu mərc” başlıqlı xəbərində Makronun mərkəzdəki “blokunun” yox olmaq təhlükəsi ilə üzləşdiyi qeyd edilib.

Töhfə Səmədova

tag: Fransa, Makron, Siyasət, Dünya, todaypress.az,