Fransa məhkəməsi müsəlman ailənin avtomobilinə atəş açan şəxsə 6 ay həbs cəzası verdi

Dünya

13.07.2024 01:30

Fransada məhkəmə müsəlman ailənin içərisində olduğu avtomobilə irqçi ifadələr işlədərək atəş açan 61 yaşlı şəxs barəsində hökm çıxarıb.

TodayPress xəbər verir ki, Savern prokuroru Aline Klerot şəxsə 5 il müddətində silah saxlamağı qadağan edib və 6 ay həbs cəzası verib.

İyulun 6-da baş verən hadisədə bir nəfər Vanqenburq-Engental şəhərində yol axtaran müsəlman ailənin olduğu avtomobilə atəş açıb. Həmin şəxs müsəlman ailəsinə qarşı “Çirkli ərəblər, məhəllələrinizə qayıdın” kimi irqçi ifadələr işlədib.

Nəzrin Cavadzadə

tag: todaypress.az, Fransa, Məhkəmə, Müsəlman, İrqçilik,